Tramp Kanadaya “tarif zərbəsi” endirdi VİDEO

11.07.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, Amerika lidri bununla bağlı özünün “Truth Social” social şəbəkəsində paylaşım edib.
“Avqustun 1-dən etibarən Birləşmiş Ştatlar ABŞ-yə göndərilən Kanada məhsullarına sahələr üzrə tariflərdən ayrı olaraq 35% rüsum tətbiq edəcək”, - məktubda deyilir.
Ağ Evin rəhbəri Ottavaya cavab tədbirləri barədə xəbərdarlıq edərək, belə halda Vaşinqtonun elan edilmiş 35%-nə “Kanada hökumətinin seçdiyi istənilən rəqəmi” əlavə olunacağını vurğulayıb.
Bununla belə, Kanadanın baş naziri Mark Karni rəsmi Ottavanın Donald Trampın avqustun 1-dən Kanada mallarına yeni tariflər tətbiq etmək təhdidini nəzərə aldığını, öz vətəndaşlarının və müəssisələrinin maraqlarını qorumaq üçün tədbirlər görəcəyini açıqlayıb.
Donald Tramp qərarının səbəbi kimi Kanada tərəfindən fentanil qaçaqmalçılığının dayandırmamasını göstərib, lakin qeyd edib ki, Kanada narkotik axını ilə mübarizə aparmaq üçün Vaşinqtonla əlbir işləsə, mövcud tarif planı dəyişdirilə bilər.
Braziliya ABŞ-yə cavab hazırlayır | VİDEO Bundan əlavə, ABŞ prezidenti avqust ayında yeni tariflərin tətbiqinə səbəb kimi ticarətdə tarif və qeyri-tarif maneələrini, ticarət kəsirini və Amerika süd məhsullarına 400% rüsumları qeyd edib.
Amerika lideri ikitərəfli münasibətlərin vəziyyətindən asılı olaraq tarif cədvəlinin dəyişə biləcəyini diqqətə çatdırıb.
“Reuters” agentliyinin məlumatına görə, Donald Trampın Kanadaya tətbiq etdiyi tariflər və Kanada hökumətinin cavab tədbirləri nəticəsində Yaponiyanın “Nissan” avtokonserni “Pathfinder” və “Murano” krossoverlərinin, həmçinin “Frontier” pikapının istehsalını dayandırıb.
Xatırladaq ki, bundan əvvəl Trampın avqustun 1-dən Braziliyadan idxal mallarına 50%-lik rüsumların tətbiq ediləcəyi barədə məktubu ABŞ-Braziliya münasibətlərinin gərginləşməsinə səbəb olub.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью