Tramp Karterin dəfn mərasimində iştirak edəcəyini bildirib

01.01.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin dəfn mərasimində iştirak etməyi planlaşdırdığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə o, Mar-a-Laqoda, Florida ştatındakı mülkündə Yeni il tədbirində Karterin dəfnində iştirak edib-etməyəcəyini sualına cavab verərkən: "Mən orada olacağam, bizi dəvət etdilər", - deyib.

1977-1981-ci illərdə ABŞ prezidenti olmuş Cimmi Karter dekabrın 29-da Corciyadakı evində 100 yaşında vəfat edib. Karterin rəhbərliyi altında ABŞ və Sovet İttifaqı 1979-cu ildə Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsini (SALT II) imzalayıb. Lakin Sovet qoşunlarının Əfqanıstana daxil olması ilə əlaqədar olaraq, Karter bu sənədi Konqres Senatının təsdiqinə təqdim etməmək qərarına gəlib, ABŞ-dan SSRİ-yə buğda tədarükünü qadağan etdi və Moskvada Olimpiya Oyunlarını boykot etməyi əmr edib.

Ağ Evi tərk etdikdən sonra Karter Nobel Sülh Mükafatını alıb. Mükafat ona 2002-ci ildə beynəlxalq münaqişələrin sülh yolu ilə həllində və insan hüquqları uğrunda mübarizədə göstərdiyi səylərə görə verilib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью