Tramp keçmiş futbolçunu nazir təyin edəcək

23.11.2024

Olke.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp komandasını formlaşdırmaqdadır və bu məqsədlə müxtəlif vəzifələrə bir sıra namizədlər irəli sürür.
Ölkə.Az xəbər verir ki, Tramp nümayəndələr Palatasının üzvü Lori Çaves-Derimeri əmək naziri, keçmiş amerikalı futbolçu Skot Terneri isə mənzil tikinti naziri təyin etmək istəyir.

Terner 1994-2004-cü illərdə peşəkar futbolçu olub. Bundan sonra o, siyasətlə məşğul olmağa başlayıb. O, Trampın ilk dövründə Ağ Evin Fürsətlər və Yenilənmə Şurasının ilk icraçı direktoru vəzifəsində çalışıb.
Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью