Tramp Kennedi və Kinqin qətli ilə bağlı sənədləri məxfilikdən çıxaracaq

20.01.2025

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın yeni Prezidenti Donald Tramp məxfi sənədləri ictimaiyyətə açıqlayacağına söz verib

ABŞ-ın yeni Prezidenti Donald Tramp məxfi sənədləri ictimaiyyətə açıqlayacağına söz verib. Xüsusilə, Prezident Con Kennedinin öldürülməsi ilə bağlı sənədləri məxfilikdən çıxaracaq. Tramp bu barədə yanvarın 19-da Vaşinqtonda, “Capital One Arena”da andiçmə mərasimindən əvvəl keçirilən mitinqdə çıxışı zamanı deyib.

Kennedinin 22 noyabr 1963-cü ildə Texas ştatının Dallas şəhərində ölümü ilə bağlı sənədlərdən əlavə Tramp bildirib ki, vətəndaş hüquqlarının lideri, baptist pastor və ictimai fəal Martin Lüter Kinqin 4 aprel 1968-ci ildə Memfisdə, Tennessi ştatında öldürülməsinə dair sənədlər də məxfilikdən çıxarılacaq.

“Gizli sənədləri açacağıq. O cümlədən, prezident Kennedinin, eləcə də Martin Lüter Kinqin qətli ilə bağlı sənədləri”, - Tramp vurğulayıb.

Prezident əlavə edib ki, “bütün bu sənədlər dərc olunacaq”.

Qeyd edək ki, Tramp 2017-ci ildə ilk səlahiyyət müddətində ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı məlumatların məxfiliyinin açılmasına göstəriş verib. O zaman Milli Arxivlər və Qeydlər İdarəsinin məlumat bazasında bu səs-küylü qətllə bağlı 2891 sənəd ilk dəfə dərc edilib.

Eyni zamanda, Tramp ABŞ-ın icra orqanları və departamentlərinin tələbi ilə məxfi arxivdən “ölkənin milli təhlükəsizliyinə zərər verə biləcək” bəzi sənədlərin dərcini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью