Tramp Kennedinin ölümü ilə bağlı məxfi sənədləri açmağa hazırlaşır: Ailədən reaksiya | Icm…
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Con Kennedinin nəvəsi Cek Şlosberq ABŞ-nin hazırkı Prezidenti Donald Trampın babasının ölümü ilə bağlı faktların məxfiliyinin açılması haqqında fərmanından narazılığını bildirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The New York Post" xəbər yayıb.
"Məxfilikdən çıxarılma - Kennedinin yanında olmadığı zaman ona cavab zərbəsi vurmaq üçün siyasi dayaq kimi istifadə edilməsidir.
Bunda heç bir qəhrəmanlıq yoxdur", - deyə keçmiş prezidentin nəvəsi bildirib.
Şlosberq, həmçinin 22 noyabr 1963-cü ildə Dallasda babasının faciəli ölümü ilə bağlı faktların dərc edilməsinin yeni sui-qəsd nəzəriyyələrinin yaranmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.
"İndi o məşum gündəki atışmanı hamı unudub", - deyə Şlosberq bildirib.
Qeyd edək ki, rəsmi araşdırma Con Kennedinin qətlinin kitabxananın altıncı mərtəbəsinin pəncərəsindən atəş açan tək qatil Li Harvi Osvald tərəfindən törədildiyi qənaətinə gəlib.
Tam oxu
Xəbəri oxu