Tramp kəşfiyyatçıya mühüm vəzifə verir

15.12.2024

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Donald Tramp ABŞ Milli Kəşfiyyatın keçmiş direktoru Riçard Qrenellin prezidentin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə namizədliyini irəli sürüb.

Axar.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, Qrenell Venesuela və Şimali Koreya da daxil olmaqla dünyanın ən qaynar nöqtələrində işləməli olacaq.

Qeyd edək ki, Riçard Qrenell həm də ABŞ-ın Almaniyadakı səfiri olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью