Tramp Kəşmir məsələsini həll etmək istəyir

11.05.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Vaşinqton Hindistan və Pakistan arasında ərazi mübahisəsinin nizamlanmasının həllini tapmağa çalışır".

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

"Bu müzakirə edilməsə belə, mən hər iki ölkə ilə ticarəti əhəmiyyətli dərəcədə artırmağa hazırlaşıram. Həmçinin, hər iki tərəflə birlikdə çalışacağam ki, "min illik" Kəşmir məsələsinin həll yolunun tapılmasının mümkün olub-olmadığını anlayım" , - deyə o vurğulayıb.

Qeyd edək ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Pahalqamda törədilən terror aktından sonra gərginləşib.

Delhi və İslamabad mayın 10-da atəşkəs barədə razılığa gəliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью