Tramp Kim Çen Inla görüşü istisna etməyib

25.10.2025

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Asiya turu zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşmək ehtimalını istisna etməyib.

Tramp bu barədə təyyarəsində jurnalistlərə açıqlama verib.

“Mən buna 100% açığam. Onunla yaxşı münasibətim var”, – deyə ABŞ lideri bildirib.

Ağ Evin mətbuat katibi Karolin Livitt daha əvvəl qeyd edib ki, Tramp Asiya turu çərçivəsində Malayziya, Yaponiya və Koreya Respublikasına səfər edəcək, həmçinin ASEAN və APEC tədbirlərində iştirak edəcək.

Xatırladaq ki, Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında danışıqlar oktyabrın 30-da Cənubi Koreyada planlaşdırılıb.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью