Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Kiyevi Rusiya ilə münasibətlərin bərpasına və Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə maneə hesab edir.
Reyting.az xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı özəl mənbəyinə istinadla yazıb.
Qeyd olunur ki, Trampın prioriteti Rusiya ilə funksional münasibətləri bərpa etməkdir. Onun fikrincə, bu məsələyə Ukrayna əngəl törədir.
Yeri gəlmişkən, avqustun 28-də “Atlantic” jurnalı adı çəkilməyən rəsmilərə istinadla yazıb ki, Donald Tramp Vladimir Zelenskidən və Avropadan onların Ukraynadakı münaqişənin həlli ilə bağlı qeyri-real tələblərinə görə narazıdır.
Y. QACAR