Tramp Kiyevə silah tədarükünü bərpa edəcək

05.03.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna ilə faydalı qazıntılar barədə saziş imzalanacağı təqdirdə Vaşinqton Kiyevə silah tədarükünü bərpa edəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

“Konqresdə çıxış edən ABŞ Prezidenti Donald Tramp məmnunluqla bildirib ki, o, cəzalandırdığı Kiyev liderindən ABŞ-ın rəhbərlik etdiyi sülh danışıqlarına və ağır xammal sazişi imzalamağa hazır olduğuna dair peşmanlıq mesaj alıb. Bu o deməkdir ki, sazişin imzalanmasından sonra ABŞ-ın silah tədarükü, çox güman ki, bərpa olunacaq”, - Medvedyev bildirib.

Qeyd edək ki, Tramp Ukraynaya silah tədarükünü ötən gün dayandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью