Tramp Kiyevi Rusiyaya ABŞ raketləri atdığına görə tənqid edib

12.12.2024

Icma.az, Azpost saytına istinadən bildirir.

Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Tramp Kiyevi Rusiyaya ABŞ istehsalı olan raketlər atdığına görə tənqid edib.

Azpost.info xəbər verir ki, o, bu barədə “Time” jurnalına danışıb.

“Qətiyyən razı deyiləm. Bunu niyə edirik? Biz sadəcə olaraq bu münaqişəni gücləndiririk”, – Tramp bildirib.

Onun fikrincə, Yaxın Şərqdəki vəziyyət Ukraynadakı münaqişədən asan problemdir.

Tramp həmçinin Baydenin ATACMS raketlərini Rusiyanın dərinliklərinə endirmək qərarını təhlükəli və axmaq adlandırıb: “Düşünürəm ki, bu, axmaq bir qərardır”.

Azpost.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью