Tramp Kiyevlə Moskvaya son vaxt qoyib Əgər razılığa gəlməsək...”

27.01.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bu ilin 15 may tarixinə qədər bağlanacağını gözləyir.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna parlamentinin Avropa Həmrəyliyi Partiyasından olan tanınmış millət vəkili Aleksey Qonçarenko öz mənbələrinə istinadla məlumat verib.

"Əgər razılığa gəlməsək, onlar danışıqlar prosesindən çəkiləcək və bu məsələdən tamamilə imtina edəcəklər", - deyə ukraynalı millət vəkili bildirib.

Onun sözlərinə görə, belə bir son tarixin təyin edilməsinin səbəbi ABŞ-də 3 noyabrda keçirilməsi planlaşdırılan aralıq konqres seçkiləridir. Qonçarenko izah edib ki, Tramp seçkiyə həll olunmamış münaqişə ilə girsə, bu, demokratların respublikaçılara qarşı tənqidinə səbəb olacaq.

Qeyd edək ki, daha əvvəl məhz Qonçarenko ilk dəfə Ukraynaya dair 28 bəndlik ABŞ sülh planını dərc etmişdi. Sonradan Kiyev və Vaşinqton arasında məsləhətləşmələr zamanı bu planın maddələri 20-yədək azaldılıb. Amerika nümayəndə heyəti son versiyanı Vladimir Putinə təqdim edib, bundan sonra ABŞ, Rusiya və Ukrayna arasında ilk üçtərəfli danışıqlar 23 və 24 yanvar tarixlərində Əbu-Dabidə baş tutub. Lakin görüş zamanı tərəflər ərazi məsələsi ilə bağlı razılığa gələ bilməyiblər. Fevralın 1-dən etibarən danışıqların davam etdiriləcəyi gözlənilir.

Müharibəyə son qoymaq üçün Putin 2025-ci ilin iyun ayında Ukraynadan qoşunlarını Donbasın Rusiya ordusu tərəfindən işğal edilməmiş hissəsindən çıxarmağı tələb etmişdi. O, avqust ayında Trampla Alyaskada görüşündə bu tələbi təkrarlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski öz növbəsində Kiyevin "heç bir halda" öz torpaqlarından imtina etməyəcəyini deyib.

“Financial Times” mənbələrinin məlumatına görə, bu arada Tramp administrasiyası Ukraynaya açıq şəkildə bildirib ki, Kiyev Donbasın Rusiyaya verilməsinə razı olmadığı təqdirdə ABŞ ona təhlükəsizlik zəmanətləri verməyəcək.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью