Tramp Klintonun 1 saat 22 dəqiqəlik rekordunu geridə qoydu

05.03.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


ABŞ Prezidenti Donald Trampın martın 4-də Konqresə müraciəti Amerika liderinin Nümayəndələr Palatası və Senat qarşısında etdiyi ən uzun çıxış olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Məlumata görə, Trampın çıxışı təxminən 1 saat 39 dəqiqə davam edib.
Əvvəlki rekord 2000-ci ildə qanunvericilərlə 1 saat 29 dəqiqə danışan Bill Klintona məxsus olub.
Trampın bundan əvvəl qanunvericilərə ən uzun müraciəti 2019-cu ildə olub və o, 1 saat 22 dəqiqə davam edib.
Hesablama alqış və pauzalara sərf olunan vaxtı da əhatə edir.
Qeyd edək ki, ənənəvi olaraq, prezidentlər Konqresə ölkənin vəziyyəti ilə bağlı illik müraciətlər edirlər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью