Tramp köhnə dostuna hökumətdə vəzifə verir

18.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin yeni Prezidenti Donald Tramp ölkədə kütləvi kommunikasiyalar və yerli media tənzimləmələrini idarə edən Federal Rabitə Komissiyasının rəhbəri vəzifəsinə Brendan Karrın namizədliyini irəli sürdüyünü açıqlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, Tramp uzun müddətdir adıçəkilən komissiyasnın tərkibində çalışan Karrın bu vəzifə üçün çox yaxşı namizəd olduğunu və daha əvvəl üç dəfə Senatdan yekdilliklə təsdiq aldığını deyib. 2017-ci ildə vəzifəyə gəldiyi zaman Karrı Federal Rabitə Komissiyasına namizəd göstərdiyini və təsdiqini aldıqdan sonra uğurlu işlər gördüyünü qeyd edən Tramp hələ də bu sahədə ona güvəndiyini vurğulayıb. 

ABŞ-də yerli media kanallarının lisenziyalarını tənzimləyən qurum olduğu üçün onun fəaliyyəti zaman-zaman siyasi müzakirələrə səbəb olub. Bu xüsusilə, Trampın hədəf aldığı bəzi milli yerli kanalların lisenziyalarının uzaldılması ilə bağlı idi. Karrın Trampı dəstəkləyən amerikalı milyarder iş adamı İlon Maskın ölkə daxilində bəzi genişzolaqlı internet provayder şirkətlərini almasına müsbət yanaşdığı bildirilir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью