Tramp komandası Ağ Evlə Ukraynada müharibənin bitməsi barədə danışıqlar aparır NBC | Icma.…
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır. "Tramp artıq anlayır ki, sülh üçün başlıca maneə ukraynalılar deyil, Putindir..." A
Moderator.az xəbər verir ki, bu barədə "NBC News" nəşri yazıb.
Məlumatda deyilir ki, Trampın müharibəyə tez bir zamanda son qoymaq vədlərinə rəğmən, onun Vladimir Putini döyüş əməliyyatlarını dayandırmağa inandıra biləcəyi aydın deyil.
Həmçinin Tramp komandasının Putin hökumətilə Ukrayna ilə bağlı ünsiyyətdə olub-olmadığı da aydın deyil.
Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan özünün varisi, Trampın bu vəzifəyə təyin etdiyi Mayk Uoltsla bir neçə söhbəti olub.
Onlar informasiya mübadiləsi aparıb, lakin müharibəyə son qoyulması və ya atəşkəsin təmin edilməsi strategiyasını müzakirə etməyib.
"Tramp ilk gündəcə atəşkəsə nail olmağa köklənib", - məlumatda deyilir".
Tramp komandası Kiyevə hər-hansı sülh planını təqdim etməyib, lakin Zelenskinin Tramp və müşavirləri ilə görüş və söhbətləri "konstruktiv olub və nikbin təsir bağışlayıb", nəşr yazıb.
Tam oxu
Xəbəri oxu