Tramp komandası Putinlə telefon danışığı üçün Kremlə hələ müraciət etməyib Peskovdan açıql…
Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.
Rusiya prezidentinin mətbuat katibi ABŞ prezidentinin komandasının Kremllə əlaqə saxlayıb-çatmadığına dair sualı təsdiqləməyib.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığına hazırlıq hələ ki, aparılmır.
Sitat.info xəbər verir ki, bu barədə TASS-a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kremlin sözçüsü Trampın komandasının artıq Kremllə əlaqə saxlayıb çatmadığı və iki prezident arasında danışıqlara hazırlığın başlanıb-başlanılmaması ilə bağlı suala “hələ yox” deyə cavab verib.
Tramp yanvarın 20-də ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb.
Qısa müddət sonra o, Ağ Evdə jurnalistlərə deyib ki, Putinlə söhbəti “çox yaxında baş verə bilər”.
Daha əvvəl CNN öz mənbələrinə istinadən xəbər vermişdi ki, Tramp inauqurasiyadan sonrakı ilk günlərdə öz komandasına Rusiya lideri ilə telefon danışığı təşkil etməyi tapşırıb.
Tam oxu
Xəbəri oxu