Tramp komandası Rusiyanı sülhə məcbur etmək üçün iki strategiya hazırlayır Bloomberg | Icm…
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq. "Tramp Putinə sanksiyalarla bağlı "qamçı" və "kökə" təklif edəcək..." Donald Tramp Rusiy
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, Trampın komandası Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar hazırlayır.
Məqsəd yaxın aylarda Ukrayna ilə sülh müqaviləsi imzalanmasını təmin etməkdir. İki əsas yanaşma müzakirə edilir: 1.
Əgər münaqişənin sonu yaxın görünərsə, Rusiyanı müəyyən dərəcədə güzəştlərə sövq etmək üçün ABŞ Rusiyanın neft sektoruna qarşı sanksiyaların bir hissəsini yumşalda bilər.
2. Əksinə, münaqişəni bitirmək üçün Rusiyaya sanksiya təzyiqini gücləndirmək də nəzərdə tutulur.
Mənbələrin sözlərinə görə, bu planlar hələ ilkin mərhələdədir və əsasən Trampın qəbul edəcəyi qərarlardan asılı olacaq.
Eyni zamanda, "Bloomberg" qeyd edir ki, Trampın komandası Bayden administrasiyası Rusiyaya təzyiq göstərərkən qlobal neft bazarlarında böyük sarsıntıların qarşısını necə almaq və dolların qlobal rezerv valyutası statusunu necə qorumaq dilemması ilə üz-üzə qalacaq.
Tam oxu
Xəbəri oxu