Tramp Konqresdən müdafiə üçün əlavə 350 milyard dollar tələb edir

07.07.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Prezidenti Donald Tramp Konqresin müdafiə üçün əlavə 350 milyard dollar ayıracaq qanun layihələrini təsdiqləməli olduğunu bildirib.

Məlumatı “Anadolu” verib. 

Tramp sosial media paylaşımında ABŞ Silahlı Qüvvələrinin əməliyyat imkanları, hərbi xidmətə çağırış tempi və qanunvericilik prioritetləri barədə şərh verib. Onun sözlərinə görə, ABŞ ordusu görünməmiş güc səviyyəsinə çatıb: “Amerika ordusu heç vaxt bu qədər güclü və təsirli olmayıb. Başqa heç bir ölkə bizim etdiyimizi edə bilməz. Onlar bizə yaxınlaşa da bilməzlər”.

Tramp qeyd edib ki, bu ilki hərbi xidmətə qəbul kampaniyanın bitməsinə cəmi bir neçə ay qalmış tarixi rekordlar qırıb və hərbçilər arasında əhval-ruhiyyə rekord həddə çatıb. O, ordunun qüdrətinin Amerika müstəqilliyinin 250 illiyinin qeyd olunması zamanı tam şəkildə nümayiş etdirildiyini bildirib.

Prezident həm də Pentaqonun “heç vaxt daha yaxşı vəziyyətdə olmadığını” söyləyərək, bu səviyyəni qorumağın vacibliyini vurğulayıb.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью