Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tramp zarafat etmədiyini bildirəndən sonra jurnalist bunun necə baş verəcəyini soruşub. Axı ABŞ Konstitusiyasına 22-ci əlavə bir şəxsin iki müddətdən artıq prezident olmasını qadağan edir. Tramp belə cavab verib: “Yollar var”.
- Məsələn, vitse-prezident JD Vence seçilib, sonra hakimiyyəti sizə ötürə bilərmi?
- Bu, yollardan biridir. Amma başqaları da var.
Bir qədər əvvəl Britaniyanın “The Daily Mail” qəzeti bildirmişdi ki, Tramp qanunvericilkdə olan boşluqlardan istifadə etsə, 2037-ci ilə qədər hakimiyyətdə qala bilər. 1951-ci ildə qəbul olunan 22-ci əlavədə deyilir ki, eyni şəxs iki müddətdən artıq prezident ola bilməz. Amma iki dəfə seçiləndən sonra növbəti dövlət başçısının kabinetində vitse-prezident olmaq, onun istefa verəcəyi təqdirdə üçüncü və dördüncü müddətdə prezidentlik etmək mümkündür.
Tariyel Həsənov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. - Məsələn, vitse-prezident JD Vence seçilib, sonra hakimiyyəti sizə ötürə bilərmi?