Tramp kriptovalyutanı ABŞ nin milli prioritetinə çevirmək niyyətindədir

17.01.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp kriptovalyutanın inkişafının Birləşmiş Ştatların milli prioriteti elan edilməsi ilə bağlı fərman imzalamağı planlaşdırır.

TASS xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Tramp bu sahənin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılması üçün kriptovalyuta üzrə məşvərət şurası yaratmağı planlaşdırır. Gələcəkdə kriptovalyuta ilə bağlı məhkəmə təhqiqatlarının (məsələn, Binance kriptovalyuta birjasına qarşı iddia) dayandırılması mümkündür.

Agentlik yazır ki, əlavə olaraq milli kriptovalyuta ehtiyatının formalaşdırılması imkanı da nəzərdən keçirilir.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью