Tramp Kubanı da işğal edəcək SENSASİON PLAN KONKRET

22.01.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubada mövcud hakimiyyətin dəyişdirilməsinə kömək edəcək şəxslərin axtarışını aparır.

KONKRET.az xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyasının nümayəndələri Mayami və Vaşinqtonda kubalı mühacirlər və ictimai qruplarla görüşlər keçirir. Məqsəd mövcud vəziyyəti anlayan və razılaşmaya hazır olan şəxsləri tapmaqdır.

Trampın ətrafı hesab edir ki, Venesuelanın dəstəyinin zəifləməsi fonunda Kubanın iqtisadiyyatı iflas həddinə çatıb. ABŞ-ın Venesuela neftinin tədarükünü dayandırması da vəziyyəti daha da ağırlaşdırıb. ABŞ Dövlət Departamentində bildirilib ki, milli təhlükəsizlik maraqları baxımından Kubada səriştəli və demokratik hökumət formalaşmalı, ada ərazisində ABŞ-ın rəqiblərinə məxsus hərbi və kəşfiyyat strukturlarının yerləşdirilməsinə son qoyulmalıdır.

Kuba Xarici İşlər Nazirliyi isə bu bəyanatlara cavab olaraq vurğulayıb ki, hüquq və ədalət Kubanın tərəfindədir, ABŞ isə sülh və təhlükəsizliyi təhdid edir.

Avropalı diplomatlar isə ABŞ-ın artan təzyiqləri fonunda Kubada humanitar böhran və hökumətin çökməsi riskinin yüksəldiyi barədə xəbərdarlıq ediblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью