Tramp Kubanı tam təcrid etməyə çalışır Neft satan ölkələrə əlavə rüsumlar tətbiq olunacaq...

30.01.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Kubadan qaynaqlanan “milli təhlükəsizlik təhdidi” səbəbilə Havanaya qarşı fövqəladə tədbirlər həyata keçirməyi nəzərdə tutan fərman imzalayıb. 

“AzPolitika” xəbər verir ki, sənəd Kubaya neft satan və ya digər yollarla tədarük edən ölkələrin məhsullarına əlavə gömrük rüsumlarının tətbiqinə imkan verir.

Ağ Evin yaydığı açıqlamada bildirilir ki, Kuba hakimiyyəti “bir sıra düşmən ölkələrlə əməkdaşlıq edir” və onların hərbi və kəşfiyyat obyektlərinin ölkə ərazisində yerləşdirilməsinə şərait yaradır. Xüsusilə qeyd olunur ki, ABŞ-ın milli təhlükəsizliyi üçün məxfi məlumatların ələ keçirilməsi ilə məşğul olan ən böyük Rusiya xarici radioelektron kəşfiyyat mərkəzi fəaliyyət göstərir.

Bundan başqa, Ağ Ev Kuba hökumətini HƏMAS və “Hizbullah” kimi təşkilatlara sığınacaq verməkdə də ittiham edib. Açıqlamada vurğulanır ki, Havana siyasi opponentləri təqib edir və işgəncələrə məruz qoyur, söz və mətbuat azadlığını məhdudlaşdırır və kommunist ideologiyanı region boyunca yaymağa çalışır.

Kuba Xarici İşlər naziri Bruno Rodriges Parrilya isə Vaşinqtonun addımlarını kəskin tənqid edib. O bildirib ki, ABŞ Kubaya yanacaq tədarükünün tam blokadasını tətbiq etməyə cəhd edir və bunu əsaslandırmaq üçün adanı “real olmayan təhlükə” kimi təqdim edir. Parrilya ABŞ-ın digər ölkələri təhdid və şantaj yolu ilə Kuba əleyhinə siyasətə qoşmağa çalışdığını, bunun isə azad ticarətin bütün qaydalarının pozulması olduğunu vurğulayıb.

“The Wall Street Journal” nəşri isə yazır ki, Tramp administrasiyası 2026-cı ilin sonunadək Kubadakı mövcud rejimin devrilməsinə yönəlmiş razılaşma üçün ölkə hökuməti daxilində təsirli fiqurlar axtarır

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью