Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
“Vaşinqton münaqişənin daha da mürəkkəbləşməsini istəmədiyi üçün kürdlərin İranla müharibədə iştirakına qarşıdır|”.
“Сebheinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Jurnalistlərlə danışan Tramp qeyd edib ki, ABŞ kürdlərlə yaxşı münasibətlər saxlayır, lakin onlara müharibəyə müdaxilə etməməyi məsləhət görüb.
"Bildiyiniz kimi, biz kürdlərlə çox dostcasına davranırıq, amma bu müharibəni indikindən daha mürəkkəb etmək istəmirik", - deyə Tramp bildirib.
O əlavə edib ki, kürd qüvvələrindən münaqişəyə qoşulmaq istəmələrinə baxmayaraq, döyüşlərdə iştirak etməmələrini açıq şəkildə istəyib.
"Mən kürdlərin müharibəyə girməsini istəmirəm. Onların xəsarət almasını və ya öldürülməsini istəmirəm", - deyə ABŞ Prezidenti vurğulayıb.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin