Tramp kürdlərə ultimatum verdi: Ya biz, ya da...

05.03.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp İraq kürdlərinə müraciət edərək onlara İranla müharibə ilə bağlı ultimatum verib.

Turkustan.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Xəbər verildiyi kimi, Tramp martın 1-də Kürdüstan Vətənpərvərlər Birliyinin (KVB) lideri Bafel Tələbani və Kürdüstan Demokrat Partiyasının (KDP) lideri Məsud Bərzaniyə zəng edərək onları davam edən münaqişədə ABŞ və İsrailə qoşulmağa çağırıb.

"Tramp çağırışında açıq idi. O, bizə dedi ki, kürdlər bu döyüşdə bir tərəf seçməlidirlər - ya Amerika və İsrail, ya da İranla", - telefon danışıqları haqda məlumatlı olan kürd rəsmisi bildirib./publika.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью