Tramp lağa qoymuşdu, Makron cavabını verdi

02.04.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Ciddi olmaq istəyirsinizsə, bu gün dünən dediklərinizin əksini deməməlisiniz.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı şərhlərinə cavab verərkən deyib.

“Bəlkə də hər gün danışmağa ehtiyac yoxdur, sadəcə hərəkətə keçmək, gərginliyi azaltmaq və davamlı bir sülh qurmaq lazımdır”, - o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronu lağa qoymuş, NATO müttəfiqlərini İrana qarşı müharibəyə qoşulmadıqlarına görə də sərt tənqid etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью