Tramp LGBT ilə mübarizə aparacaq

23.12.2024

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin yeni prezidenti Donald Tramp administrasiyasının yalnız kişi və qadın cinslərinin olduğu gender siyasətinə əməl edəcəyini bildirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Tramp bunu Arizona ştatının Feniks şəhərində keçirilən “AmericaFest” konfransında deyib.
"Tramp Administrasiyası dövründə ABŞ hökumətinin rəsmi siyasəti ondan ibarət olacaq ki, yalnız iki cins var: kişi və qadın. Bu qədər mürəkkəb səslənmir, elə deyilmi?" – deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью