Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "Politico" qəzetinə müsahibəsində o bildirib.
“Paris şəhərini çox sevirdim. Amma indi tamam fərqlidir. Londona baxsanız, orada Xan soyadlı bir mer var. O, dəhşətlidir. O, səriştəsiz bir merdir, üstəlik də, qorxunc, hirsli, iyrənc bir merdir. Məncə, o, çox pis iş görüb. Mən Londonu sevirəm və orada baş verənləri görmək mənə ağır gəlir. Bildiyiniz kimi, mənim köklərim Avropadadır. Onlar insanlara sadəcə gəlib heç bir yoxlamadan keçməməyə imkan yaradır”, - deyə ABŞ prezidenti qeyd edib.
Birləşmiş Krallıqda qeyri-qanuni immiqrasiya problemi ölkənin Avropa İttifaqından çıxışından sonra daha da kəskinləşib, baxmayaraq ki, məhz bu məsələ Brexitin əsas səbəblərindən biri idi.
2018-ci ildən bəri La-Manş boğazı vasitəsilə şişmə qayıqlarla ölkəyə 185 mindən çox qeyri-leqal mühacir daxil olub.
Ötən ilin iyulundakı parlament seçkilərindən sonra formalaşan Leyborist hökuməti qeyri-qanuni miqrantların ölkəyə girişinin qarşısını almaq üçün Aİ ölkələri ilə əməkdaşlığı gücləndirəcəyini vəd edib.
Qadir, Bizimyol.info