Tramp Los Ancelesə qoşun göndərir

09.06.2025

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


ABŞ prezidenti Donald Tramp Los-Ancelesdə baş verən iğtişaşlara görə yenidən ora qoşun yeridilməsinə çağırış edib.


Bakupost.az xəbər verir ki, bu barədə amerikalı siyasətçi özünün “Truth Social” sosial şəbəkəsində paylaşıb.

Tramp qeyd edib ki, Los-Anceles polis rəisi Jim MakDonnell onunla etirazçıların getdikcə daha da aqressivləşdiyi barədə məlumat bölüşüb. O vurğulayıb ki, polis rəisi qoşunların yerləşdirilisməsi ilə bağlı “vəziyyəti yenidən qiymətləndirməli olacaq”.

“O bunu dərhal etməlidir!!! Bu quldurların cəzasız qalmasına imkan verməyin. Los-Ancelesdə vəziyyət çox pis görünür. Qoşun yeridin!!! Maskalı şəxsləri dərhal həbs edin!” - deyə prezident əlavə edib.


Lalə,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью