Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə Amerikanın Latın Amerikası ölkəsinə mümkün zərbələri ilə bağlı mətbuatda yayılan xəbərlər fonunda danışmağa hazır olduğunu təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
"Bəli, bəlkə də onunla danışardım, hamı ilə danışaram", - amerikalı lider 2026-cı il dünya çempionatına hazırlaşan işçi qrupunun iclasında deyib.
Tramp həmçinin bildirib ki, Maduronun ABŞ-yə “dəhşətli ziyan vurması” ilk növbədə Venesueladan ölkəyə daxil olan keçmiş məhbusların və narkotik alverçilərinin axını səbəbindən baş verib.