Tramp: Maduro və həyat yoldaşı ələ keçirilib

03.01.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ələ keçirilərək ölkədən çıxarıldığını bəyan edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində yazıb.

"ABŞ Venesuelaya uğurla irimiqyaslı zərbə endirib, onun lideri, Prezident Nikolas Maduro həyat yoldaşı tutularaq ölkədən çıxarılıb. Bu əməliyyat ABŞ-nin güc strukturları ilə birgə həyata keçirilib", - o yazıb.

Tramp həmçinin bildirib ki, bu gün Floridada yerləşən Mar-a-Laqo iqamətgahında mətbuat konfransı keçirəcək və əməliyyatın digər təfərrüatlarını açıqlayacaq.

"Bu gün səhər saat 11-də mətbuat konfransı keçiriləcək. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirik!", - o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью