Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın Venesueladan narkotik qaçaqmalçılığı ilə mübarizəsi onun əsl məqsədlərini gizlətmək üçün sadəcə pərdə ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadən yazır.
Mənbələrin sözlərinə görə, Tramp Venesuela Prezidenti Nikolas Maduronu devirmək və hakimiyyəti ələ keçirmək üçün hərbi əməliyyata başlaya bilər.
Nəşr qeyd edir ki, ABŞ Venesuela ilə silahlı münaqişəyə heç vaxt bu qədər yaxın olmamışdı.
Qeyd edilir ki, Tramp Karib dənizi regionuna 4 500 hərbçi ilə yeddi döyüş gəmisi göndərib.