Tramp Maduronu əvəzləyən qadınla danışdı

15.01.2026

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes ABŞ Prezidenti Donald Trampla telefonda danışıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat yayıb.
Rodriqesin sözlərinə görə, onlar ikitərəfli münasibətlərdəki həll olunmamış məsələləri müzakirə ediblər.
O, bildirib ki, qarşılıqlı hörmət atmosferində keçən söhbət uzun və məhsuldar olub.
“Xalqlarımızın maraqları naminə ikitərəfli iş gündəliyini, eləcə də hökumətlərimiz arasındakı münasibətlərdə həll olunmamış məsələləri müzakirə etdik”, - deyə Rodriqes yazıb.
Qeyd edək ki, yanvarın 4-də Venesuela Ali Məhkəməsi Delsi Rodriqesi keçid dövrü üçün dövlət başçısı təyin edib. Ali Məhkəmə qərarın “Maduro əməliyyatın”dan sonra konstitusiya qaydalarını qorumaq üçün zəruri olduğu bildirib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью