Tramp Maduronu vəzifəsindən getməyəcəyi təqdirdə güc tədbirləri ilə hədələyib

30.11.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronu vəzifəsini tərk etmədiyi təqdirdə Vaşinqtonun güc tətbiqi də daxil olmaqla digər variantları nəzərdən keçirə biləcəyi barədə xəbərdar edib.
APA xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Nəşrin iddiasına görə, Ağ Ev administrasiyası Maduronu legitim lider saymır. ABŞ rəhbərliyi onun hakimiyyətdə qalmasının Venesuelada vəziyyəti daha da gərginləşdirdiyini bildirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью