Tramp Makrona arvadı ilə bağlı məsləhət verdi

31.05.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp Emmanuel Makrona və onun xanımı Bricitə ictimai qarşıdurmalardan çəkinməyi tövsiyə edib.

Milli.Az xəbər verir ki, Ağ Evdə keçirdiyi mətbuat konfransında Tramp zarafatla "Qapıların bağlı olduğundan əmin olun" deyə bildirib, bu isə iştirakçıların gülüşünə səbəb olub.

"Makronla danışdım, yaxşıdır. Onlar yaxşı insanlardır. Orada nə baş verdiyini tam bilmirəm," - deyə o, əlavə edib.

Xatırladaq ki, Vyetnama rəsmi səfər zamanı Bricit Makron təyyarədə gözlənilmədən prezident Makrona sillə vurub və onun kömək təklifini rədd edib.

Asya
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью