Tramp Makronla Putinin qeybətini etdi: Mikrafon açıq qaldı

20.08.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bazar ertəsi Ağ Evdə keçirilən görüşdə ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla maraqlı söhbət edib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna məsələsində ABŞ Prezidentinin maraqlarını güdərək razılığa gəlir.

“Cebheinfo.az” xatırladır ki, avqustun 18-də ABŞ prezidenti Donald Tramp Ağ Evdə Vladimir Zelenski ilə görüşüb. Bundan sonra Avropa İttifaqı liderlərinin iştirakı ilə görüş olub.

“Fox News” kanalının məlumatına görə, mikrofon açılanda Tramp bunu Makronun qulağına  pıçıldayıb. Açıq mikrafon sayəsində onun sözləri aydın eşidilib.

Telekanal Trampın sözlərindən sitat gətirib: "Məncə, Putin sövdələşmə etmək istəyir. Düşünürəm ki, o, mənim üçün sövdələşmə etmək istəyir, bilirsənmi?.. Nə qədər çılğın səslənsə də..."
Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью