Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makrona Fransadan idxal olunan şərab və şampanlara 200%-lik rüsum tətbiq etməklə hədələyib.
"AzPolitika" xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.Tramp bu bəyanatı jurnalistlərə Makronun Qəzza üzrə "Sülh Şurası" adlı təklif olunan quruma qoşulmaqdan imtina edə biləcəyini dedikdən sonra verib.
O qeyd edib ki, "200% rüsum qoyacağam onun şərab və şampanlarına, və o qoşulacaq.
Amma qoşulmaq məcburi deyil".Trampın bu hədəsi son günlərdə "Board of Peace" təşəbbüsü ətrafında yaranan gərginliyin davamıdır.
Fransa rəsmiləri qurumun nizamnaməsinin yalnız Qəzza ilə məhdudlaşmadığını, BMT prinsiplərini poza biləcəyini və Fransanın qoşulmayacağını bildiriblər.
Trampın sözləri makroiqtisadi təzyiq vasitəsi kimi qiymətləndirilir – oxşar tarif hədələri əvvəllər Avropa şərabı və spirtli içkilərə qarşı səsləndirilmişdi, lakin həyata keçirilməmişdi.
Bu dəfəki hədə Qəzza sülh mexanizmi ilə birləşdirilərək diplomatik şantaj elementləri daşıyır.