Tramp: Maliki baş nazir seçilsə, ABŞ İraqa kömək etməyəcək

28.01.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaşinqton, 28 yanvar, AZƏRTAC

Eşitdiyimə görə, İraq Nuri əl-Malikini yenidən Baş nazir vəzifəsinə təyin etməklə çox pis bir seçim astanasındadır.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. O deyib ki, Maliki sonuncu dəfə hakimiyyətdə olanda ölkə yoxsulluq, tam xaosla üzləşib və bunun bir daha baş verməsinə icazə verilməməlidir.

“Əgər seçilərsə, onun ağlasığmaz siyasəti və ideologiyalarına görə Amerika Birləşmiş Ştatları artıq İraqa kömək etməyəcək. Biz kömək etməsək, İraqın uğur, çiçəklənmə və azadlıq şansı sıfıra bərabər olacaq”, - deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью