Tramp maraqlı heç nə təklif etməyib Nebenzya

03.01.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası öz siqnallarında Ukrayna böhranının həlli üçün Rusiyaya hələlik maraqlı heç nə təklif etməyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Bunlar nəyəsə hazır olmaqla bağlı aydın olmayan siqnallardır. Ancaq indiyə qədər ABŞ-ın yeni administrasiyasından gələn siqnallar bunun bizim üçün maraqlı olacağını göstərmir”, - diplomat deyib.

O, son vaxtlar Ukrayna tərəfinin də razılaşmaların əldə olunmasında maraqlı olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью