Tramp Marsla bağlı planını açıqladı: Yaxın zamanda ora gedəcəyik VİDEO

05.07.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ yaxın vaxtlarda Marsa pilotlu uçuş həyata keçirə biləcək.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp ABŞ-nin Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə Vaşinqtonda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
"Biz çox yaxın zamanda Marsa gedəcəyik", - deyə Tramp vurğulayıb.
O əlavə edib ki, əvvəlcə Ay missiyası həyata keçiriləcək, daha sonra isə Marsa uçuş reallaşdırılacaq.
"Fikrimcə, biz Aya çatacağıq və bundan sonra irəliləyəcəyik. Sonra isə Marsa yollanacağıq", - deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin xatırladıb ki, onun prezidentliyinin ilk dövründə administrasiyasının təşəbbüsü ilə ABŞ Kosmik Qüvvələri yaradılıb.

Bizim.Media
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью