“Tramp marşrutu”nun tikintisinə 2026 cı ildə başlanılacaq Paşinyan

10.12.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) nəqliyyat şəbəkəsinin tikintisinə 2026-cı ildə başlanılacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya rəsmi səfəri zamanı bildirib. "Hazırda biz amerikalı həmkarlarımızla TRIPP nəqliyyat şəbəkəsinin inkişafı layihəsinin ümumi şərtləri ilə bağlı intensiv danışıqlar aparırıq. “TRIPP Company” şirkəti dəmir yolları və avtomobil yollarının, neft və qaz kəmərlərinin, həmçinin fiber-optik kabellərin zəruri infrastrukturunu inkişaf etdirmək hüququna malik Ermənistan-Amerika birgə müəssisəsi olacaq. Biz layihənin mərhələlərlə reallaşmasına gələn il başlayacağıq”, - deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanıb. Elə həmin gün Azərbaycan, Ermənistan və ABŞ liderləri TRIPP layihəsini də nəzərdə tutan birgə bəyannamə imzalayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью