Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp elmi tədqiqatlara verdiyi töhfələrə görə “SpaceX”, “Starlink” və “Tesla” şirkətlərinin baş direktoru İlon Maskı “Milli Elm Medalı” ilə təltif edib.
Yeniavaz.com C-SPAN-a istinadla xəbər verir ki, mükafatlandırma mərasimi Vaşinqtonda, ABŞ Sülh İnstitutunda baş tutub.
“İlon bizim müasir Tomas Edisonumuzdur. İlon, səni təbrik etmək istəyirəm. Sən mənim dostumsan, amma eyni zamanda çox xüsusi bir insansan”, - Tramp bilirib.
Onun sözlərinə görə, “SpaceX” insan kosmik uçuşlarında NASA-nın müstəqilliyinin qorunmasında mühüm rol oynayıb.
Ağ Ev rəhbəri həmçinin “Neuralink”in işini tərifləyərək, şirkətin xəstələrdə görmə və motor funksiyalarının bərpasında əldə etdiyi nailiyyətləri qeyd edib.
“Tesla” haqqında danışarkən ABŞ Prezidenti əvvəllər ABŞ hökuməti adından Nikola Teslanın arxiv materiallarını araşdırmış əmisi, alim Con Trampdan bəhs edib. Bu baxımdan, Tramp zarafatla qeyd edib ki, əks halda Mask şirkətin adını dəyişdirməli olardı.
O, həmçinin Maskı “milli sərvət” adlandıraraq sahibkarın ABŞ-nin elmi və mühəndislik potensialına verdiyi töhfələri yüksək qiymətləndirib.