Tramp Maska xərclərin azaldılmasına görə qızıl açar verib

31.05.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp milyarder İlon Maska ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsində işlədiyinə görə qızıl açar təqdim edib.

“Report” xəbər verir ki, Mask hədiyyəni heyrətamiz adlandırıb və dövlət başçısına təşəkkür edib.

Milyarder hökumətdəki səlahiyyətlərini başa vuraraq özəl sektora qayıdıb. Mətbuat konfransı zamanı Tramp dəfələrlə iş adamına gördüyü işlərə görə təşəkkür edib və onu tərifləyib. Amerika lideri zaman-zaman Maskın məsləhət və tövsiyələrini dinləyəcəyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью