Tramp Maskı mükafatlandırdı

08.10.2026

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp "müasir Tomas Edison" adlandırdığı İlon Mask da daxil olmaqla, bir neçə böyük Amerika yüksək texnologiya şirkətinin rəhbərlərinə elmi inkişafa görə ən yüksək hökumət mükafatlarını təqdim edib.

Mərasim Vaşinqtonun hökumət sülh institutunda baş tutub. Milli Elm Medalı Tesla və SpaceX şirkətlərinin baş direktoru İlon Mask "Google"ın həmtəsisçisi Sergey Brin, eləcə də "Nvidia" və AMD şirkətlərinin baş direktorları Jensen Huang və Lisa Su-ya təqdim edilib. "Dell Technologies" şirkətinin baş direktoru Maykl Dell və "Microsoft" şirkətinin baş direktoru Satya Nadella Milli Texnologiya və İnnovasiya Medalı ilə təltif ediliblər.

Amerika lideri medalı təqdim edərkən dedi: "İlon bizim müasir Tomas Edisonumuzdur. İlon, səni təbrik etmək istəyirəm. Sən mənim dostumsan. Amma sən həm də çox xüsusi bir insansan".

///teleqraf///

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью