Tramp Maskı təhdid etdi: Demokratları maliyyələşdirsə... | Icma.az
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp milyarder İlon Maska Demokratlar Partiyasını maliyyələşdirdiyi təqdirdə "çox ciddi nəticələrlə” üzləşəcəyi barədə xəbərdarlıq edib.
Qaynarinfo-nun məlumatına görə, "NBC News" kanalına telefon müsahibəsində Tramp Maskı prezident vəzifəsinə hörmətsizlikdə günahlandırıb.
Onun sözlərinə görə, onların şəxsi münasibətləri yəqin ki, artıq başa çatıb.
Bunun fonunda Tramp Maskla olan münasibətlərin gələcəyi ilə bağlı fikirlərini bölüşərək deyib: "Mask Demokratları maliyyələşdirsə, bu, onun şirkətlərinin - o cümlədən "SpaceX”in - hökumət müqavilələrindən kənarlaşdırılması üçün əsas ola bilər".
Həftə ərzində Mask respublikaçıların təqdim etdiyi büdcə qanun layihəsini sərt şəkildə tənqid edib, sosial şəbəkə "X”də isə Trampın impiçmentinə çağırış edən (sonradan silinmiş) paylaşım edib.
Tramp "Truth Social" platformasında yaydığı paylaşımda bildirib ki, federal büdcənin ən böyük qənaəti İlon Mask üçün nəzərdə tutulan subsidiyaların ləğvidir.
"Məni hər zaman təəccübləndirib ki, Bayden bunu etməyib”, deyə o əlavə edib.
Tam oxu
Xəbəri oxu