Tramp Maskın narkotik istifadə etməsindən narahat olmadığını bildirib

31.05.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp sahibkar İlon Maskın narkotik istifadəsindən narahat olmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, Tramp cümə günü axşam Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə, Maskın narkotik istifadəsi ilə bağlı mediada yayılan xəbərlərdən narahat olub-olmadığını soruşduqda: “Mən İlonla bağlı heç bir şeydən narahat deyiləm”, - deyə bildirib. Eyni zamanda ABŞ prezidenti mediada bu haqda məlumat yayılana qədər bundan xəbərsiz olduğunu iddia edib.

“The New York Times” yazır ki, Mask Trampın seçki kampaniyası zamanı narkotikdən aktiv istifadə edib. Qəzetin mənbələrinə görə, iş adamı müntəzəm olaraq ketamin, ekstazi və halüsinogen göbələk qəbul edib.

Nəşr Maskın Tramp administrasiyasına qoşulduqdan və ABŞ Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət etməyə başladıqdan sonra qeyri-qanuni maddələrdən istifadə etməyə davam edib-etmədiyi barədə məlumat əldə edə bilmədiyini yazıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью