Tramp may ayında Putinlə Səudiyyə Ərəbistanında görüşəcəyini istisna etməyib

05.05.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, mayın ortalarında krallığa səfəri zamanı Rusiya lideri Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşməyi nəzərdən keçirəcək.

Bizimyol.info xəbər verir ki, Ağ Evdə jurnalistlər dövlət başçısından onun planlaşdırılan səfəri zamanı rusiyalı həmkarı ilə görüşmək niyyətində olub-olmadığını soruşublar.

"Bilmirəm, bu barədə düşünməliyik, amma mən hələ bu barədə düşünməmişəm", - deyə ABŞ prezidenti cavab verib.

“Biz tezliklə Səudiyyə Ərəbistanına səfər edəcəyik”, - deyə dövlət başçısı əlavə edib.

Bundan əvvəl Dövlət Departamentinin sözçüsü Tammi Bryus Ukrayna böhranının həlli məsələsində Rusiya və ABŞ liderləri arasında ünsiyyətin zəruri olduğunu bildirib. Putin və Tramp martın 18-də telefon danışığı keçiriblər və onlar Ukrayna münaqişəsində 30 günlük atəşkəs, gərginliyin qarşısının alınması şərtləri və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. Rusiya lideri Trampın Ukraynadakı münaqişə tərəflərinə enerji infrastrukturu obyektlərinə zərbə endirməkdən qarşılıqlı şəkildə çəkinmək təklifi ilə razılaşıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov CBS televiziyasına müsahibəsində Putin və Tramp arasında mümkün görüş tarixi və yeri ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, dövlət başçıları “öz taleyinin və cədvəlinin sahibidir”. Tramp daha əvvəl Rusiya lideri ilə Yaxın Şərqə səfərindən sonra görüşəcəyini və bu səfər çərçivəsində mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edəcəyini qeyd edilmişdi.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью