Tramp may ayında Səudiyyə Ərəbistanına səfər edəcək MƏQSƏD

31.03.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp mayda Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır. Bu, onun ikinci prezidentlik dönəmində ilk xarici səfəri olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Səfər zamanı əsas müzakirə mövzuları Rusiya-Ukrayna müharibəsi, Qəzza münaqişəsi və investisiya layihələri olacaq. Mənbələrdən birinin sözlərinə görə, səfərin təxminən may ayının ortalarında baş tutması gözlənilir.

Ağ Evin rəsmisi bildirib ki, prezidentin xarici səfəri ilə bağlı hələ dəqiq qərar yoxdur, lakin səfər çərçivəsində Ər-Riyadın ABŞ iqtisadiyyatına 1 trilyon dollardan çox sərmayə yatırması ilə bağlı razılaşma əldə etməyi planlaşdırılır. Bu sərmayələrə hərbi texnika və digər strateji sahələr üzrə böyük həcmli alışlar da daxildir.

Qeyd edək ki, Trampın ilk prezidentlik dönəmində, 2017-ci ildə həyata keçirdiyi ilk xarici səfər də Səudiyyə Ərəbistanına olmuşdu. Həmin vaxt o, ərəb krallığının ABŞ-a 350 milyard dollarlıq investisiya yatıracağını elan etmişdi.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью