Tramp mediadan şikayətləndi

13.08.2025

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Putinlə gözlənilən görüşünün mediada “çox vicdansız” işıqlandırılmasından şikayətlənib.

Gununsesi.info xəbər verir ki, bu barədə Tramp sosial media hesabında paylaşım edib.

“Media mənim Putinlə görüşümü “çox vicdansız” işıqlandırır. Onlar işdən qovulmuş, uduzmuş axmaq insanlardan sitat gətirirlər. Görüş Amerika torpağında keçirilsə də, media artıq “Putin qalib gəlib” deyir. Bu nə deməkdir? HƏR ŞEYİ biz qazanırıq. Onlar xəstə təfəkkürlü, axmaq, ölkəmizə nifrət edən insanlardır”, paylaşımda qeyd olunub.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью