Tramp medianın Ağ Evə girişinə də qadağa qoydu | Icma.az
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çərşənbə günü Ağ Ev administrasiyası “Reuters” və digər xəbər agentliklərinin jurnalistlərinin ABŞ Prezidenti Donald Trampın kabinetinin ilk iclasına girişinə icazə verməyib.
“Cebheinfo.az” xəbər verir ki, Ağ Ev “Associated Press”-in fotoqrafı və “Reuters”-in 3 müxbirinə, “HuffPost” və Almaniyanın “Der Tagesspiegel” qəzetlərinin əməkdaşına imtina cavabı verib.
ABC və “Newsmax”-ın komandası, həmçinin “Axios”, “The Blaze”, “Bloomberg News” və NPR müxbirlərinin tədbiri işıqlandırmasına icazə verilib.
Tramp administrasiyası elan edib ki, Ağ Ev Oval kabinet kimi daha kiçik məkanlarda prezidentin iclaslarını işıqlandıracaq media orqanını müəyyənləşdirəcək.
Bu addım Tramp administrasiyasının “Associated Press” agentliyinin Meksika körfəzinə Amerika körfəzi kimi istinad etməkdən imtina etdiyi üçün atılıb.
Ağ Ev Müxbirləri Assosiasiyası ənənəvi olaraq prezidentin mətbuat fondunun rotasiyasını əlaqələndirir.
Beynəlxalq xəbər xidməti “Reuters” onilliklər ərzində burada iştirak edir.
Tam oxu
Xəbəri oxu