Tramp məhkəmədən seçkilərə müdaxilə iddiasının rədd edilməsini istəyib

05.12.2024

Icma.az bildirir, Operativ MM portalına istinadən.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəkili Stiv Sadou çərşənbə günü Corciya apellyasiya məhkəməsində müttəhimin prezident toxunulmazlığını əsas gətirərək 2020-ci ildə keçirilən prezident seçkilərinə müdaxilə ilə bağlı işin rədd edilməsi barədə vəsatət qaldırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənəddə Trampınn 2024-cü ilin noyabrın 5-də yenidən seçilərək prezident olduğu və 2025-ci ilin yanvar ayının 20-də ABŞ-nin 47-ci prezidenti kimi andiçmə mərasimi keçiriləcəyi qeyd olunur.

Daha sonra məlum olduğu kimi faktiki prezidentin həm federal, həm də ştat səviyyəsində istənilən ittihamdan və hər hansı təqibdən tam qorunduğu bildirilərək 2020-ci ildə keçirilən prezident seçkilərinə müdaxilə ilə bağlı işin rədd edilməsi barədə vəsatət qaldırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью